Arda qol vurdu, "Real" qələbə qazandı

Arda qol vurdu, "Real" qələbə qazandı

Futbol üzrə İspaniya çempionatında III turun oyunları davam edir.

"Apasport"un xəbərinə görə, "Real Madrid" doğma meydanda "Malyorka"nı qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Madrid təmsilçisi Vedat Muriçin qoluna Arda Güler və Vinisius Juniorun qollarıyla cavab verib.

Bundan əlavə ev sahibi komandanın 3 qolu VAR-dan qayıdıb.

Mbappenin 2 və Ardanın 1 qolu sayılmayıb.

Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran kral klubu turnir cədvəlində liderliyə yüksəlib.

"Malyorka" isə 1 xalla 18-ci yerdə qərarlaşıb.