Qubada II “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılış mərasimi keçirilib - YENİLƏNİB

Qubada II “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılış mərasimi keçirilib - YENİLƏNİB

Avqustun 25-də Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında II "Ulduz Cup" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Dövlət Himni səsləndirildikdən sonra Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi Arif Nəbiyev və Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış ediblər. Açılış mərasimi rəqs nömrələri və “İdman səfiri” Xəyyam Orucovun nümunəvi çıxışları ilə davam edib.

Turnirin ilk günündə keçirilən oyunlarda “Sabah” (Azərbaycan) “Paxtakor”a (Özbəkistan) 0:1 hesabı ilə məğlub olub. “Neftçi” (Azərbaycan) “Şaxtyor Qaraqanda” (Qazaxıstan) ilə 1:1 hesablı heç-heçə edib. “Qarabağ” (Azərbaycan) “Dinamo Tbilisi”yə (Gürcüstan) 0:2 hesabı ilə uduzub. “İstanbul Başakşəhər” (Türkiyə) isə “Bunyodkor”u (Özbəkistan) 2:0 hesabı ilə məğlub edib. Günün digər qarşılaşmalarında isə “Ulduz” FA (Azərbaycan) “Trabzonspor məktəbi”nə (Türkiyə) 0:2, “Aspire Akademiyası” (Qətər) isə “Sduşorsi”yə (Qırğızıstan) 0:2 hesabı ilə uduzub.

Turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. "A" qrupunda “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər), "B" qrupunda “Qarabağ” FK (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” FK (Türkiyə), “Bunyodkor”(Özbəkistan), "C" qrupunda “Sabah” FK (Azərbaycan), “Paxtakor” FK (Özbəkistan), “Neftçi” PFK (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan) qüvvəsini sınayacaq. Turnirin final görüşü avqustun 28-də baş tutacaq.

Qeyd edək ki, turnirin oyunları Gənclər və İdman Nazirliyinin “Youtube” kanalında canlı yayımlanır.

16:54

Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri keçirilir.

"Report"un Şimal bürosunun məlumatına görə, yarış 12 yaşlı futbolçular arasında təşkil olunub.

Avqustun 25-dən 28-dək keçiriləcək turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutub.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan yarışda Azərbaycanı “Ulduz”, “Qarabağ”, “Sabah” və “Neftçi”, Türkiyəni “Trabzonspor məktəbi” və “Başakşehir, Gürcüstanı “Dinamo" (Tiflis), Özbəkistanı “Paxtakor” və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” komandaları təmsil edir.

Futbol
De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

Futbol
Tanınmış futbolçu karyerasını başa vurub

Tanınmış futbolçu karyerasını başa vurub

Futbol
Laurentsiu Regekampf: "Bu oyuna xüsusi hazırlaşmışdıq"

Laurentsiu Regekampf: "Bu oyuna xüsusi hazırlaşmışdıq"

Futbol
Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Futbol
Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Futbol
DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

Futbol
PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

Futbol
"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO