Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

"İlk hissədə daha istəkli idik. Mübarizələrin çoxundan qalib çıxırdıq. İkinci yarıda isə topa sahib olmaqda çətinlik çəkirdik. İlk qol da bu səbəbdən vuruldu. Müdafiədə buraxdığımız səhvlər matçın taleyini həll etdi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov "ASCO Arena"da "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, konsentrasiyanı itirdikdən sonra toparlanmaq çətin olub: "Bəzi futbolçular yoruldular, hücumlarımız kəsərli alınmadı. Bütün komponentlərdə rəqibə uduzduq. Müdafiədə səhvlrəimiz var. Hər matçdan sonra bunları aradan qaldırmağa çalışırıq. Hələlik alınmır. Hər oyunda qol buraxırıqsa, deməli, problem müdafiədədir. Diqqətsizlikdən qapımızda qollar görürük. Bununla "Neftçi"nin qələbəsini şübhə altına salmaq istəmirik. Amma əsas səbəb özümüzlə bağlıdır".

Onun sözlərinə görə, komandada sabitlik çatmır: "Görünür, hələ çox işləməliyik. Çempionatdakı bəzi klublarla mübarizə aparmağa gücümüz çatmır. Hər dəfə futbolçulara sərt oynamağı tapşırırıq. Amma ikinci hissədə bunu edə bilmədik. Nəticədə məğlub olduq".

Qurbanov yayda alınan futbolçuların çıxışını da dəyərləndirib: "Bu oyunçuları özümüz bəyənib almışıq. Hər matçda fərqli oyun göstərirlər. Bu da komandaya pis təsir edir. Əslində komanda 90 dəqiqə mübarizə aparmalıdır. Amma bəzi matçlarda bunu görmürük. Uduzanda ən asan şey bəhanə gətirməkdir. Amma biz problemin kökünü bilirik. Demək olar ki, hər oyunda qol buraxırıq".

Mütəxəssis bəzi futbolçuların əvəzedici komandaya göndəriləcəyini istisna etməyib.

Baş məşqçi bütün oyunçulara şans verdiyini vurğulayıb: "Hər şey özlərindən asılıdır. Yaxşı oynasalar, milli komandaya düşmək şansları da çox olar. Yığmada bizdən nə qədər çox futbolçu olsa, o qədər xeyirdir".

Qurbanov deyib ki, iki dayaq yarımmüdafiəçisi ilə oynamaq hücum futbolu göstərməyə mane olmur: "Əsas odur ki, komanda şəklində mübarizə aparaq. Biz öz tapşırıqlarımızı veririk, oyunçular da bunu meydanda yerinə yetirməlidir".

O, milli komandanın oyunları ilə bağlı yaranacaq fasilədə çox işləməli olduqlarını qeyd edib: "Yeni futbolçular gətirə bilməyəcəyik. Ona görə də səhvləri analiz edib, hazırkı heyətlə vəziyyətdən çıxmalıyıq".

Futbol
Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Futbol
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Futbol
Azərbaycan Premyer Liqası: Yay transfer dövründə 93 futbolçu alınıb - RƏSMİ

Azərbaycan Premyer Liqası: Yay transfer dövründə 93 futbolçu alınıb - RƏSMİ

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

Futbol
"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
Aleksey İsayev zədələnib

Aleksey İsayev zədələnib

Futbol
Lionel Messi ilin idmançısı seçilib

Lionel Messi ilin idmançısı seçilib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək