Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Premyer Liqanın 2 klubu avrokuboklarda iştirak üçün müraciət etməyib

Premyer Liqanın 2 klubu 2023/2024 mövsümündə avrokuboklarda iştirak üçün AFFA-ya müraciət etməyib.

Bu barədə “QELEBE.AZ”a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

O bildirib ki, elitada mübarizə aparan 10 klub növbəti mövsüm Premyer Liqada iştirak üçün müraciət etsə də, avrokuboklarla bağlı heç də hamısı müsbət rəy bildirməyib: “Klubların əksəriyyəti avrokuboklar üçün müraciət edib. Konkret adlarını deməyim düzgün çıxmaz. Çünki bu, idman nəticələrinə təsir edə bilər”.

Elçin Məmmədov
Elçin Məmmədov

Məmmədov əlavə edib ki, 2023/2024 mövsümündən etibarən elitada iştirak üçün meyarların sayı 5-dən 6-ya çatdırılıb: “Buna qədər idman, infrastruktur, kadr inzibati, hüquq və maliyyə meyarlarına əsasən qərarlar verilirdi. UEFA növbəti mövsümdən etibarən yeni meyar tətbiq edib. Bu da futbolda sosial məsuliyyət meyarıdır. Klublar bu sahədə də hansı işləri görəcəklərini göstərməlidirlər. İlk növbədə strategiya yazılmalıdır, irqçiliyə qarşı hansı tədbirlər gördüklərini, fiziki məhdudiyyəti olan şəxslərin futbolda iştirakını necə təmin etdiklərini, ətraf mühitin qorunması yönündə nə kimi işlər apardıqlarını bildirməlidirlər”.

Lisenziyalaşdırma qrupunun rəhbəri Premyer Liqaya qatılmaq üçün müraciət edən I Divizion klublarında treninqlərə başladıqlarını söyləyib: “Region klublarına yerlərdə treninqlər keçiririk. Bakıdakı klublar isə AFFA-ya gəlirlər. Klublarla görüşürük, sənədləri müzakirə edirik. Sənədlərin təqdim olunması üçün son tarix 2023-cü ilin fevralıdır. Ondan sonra sənədləri araşdıracaq, yerlərdə yoxlalamarı aparacağıq. Yekun rəyimizi mayda komissiyaya təqdim edəcəyik”.

Qeyd edək ki, I Diviziondakı 6 klubun hamısı - “Araz Naxçıvan”, “Zaqatala”, “Mingəçevir”, “Qaradağ Lökbatan”, MOİK və “İmişli” növbəti mövsüm Premyer Liqada iştirak üçün müraciət edib.

Futbol
DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

Futbol
“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

Futbol
“FİFA” Messi ilə bağlı paylaşımı silib

“FİFA” Messi ilə bağlı paylaşımı silib

Futbol
İlin ən yaxşı komandası müəyyənləşib

İlin ən yaxşı komandası müəyyənləşib

Futbol
Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Futbol
Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Futbol
"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

Futbol
"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb