Millimizin kapitanı Türkiyə klubunda

Millimizin kapitanı Türkiyə klubunda

Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadənin yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, o, karyerasını Türkiyədə davam etdirəcək.

Futbolçu “Yüksekova” ilə müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Tərəflər arasında bir mövsümlük sözləşmə bağlanılıb.