Adil Şükürov: "Kəpəz"in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam"

Adil Şükürov: "Kəpəz"in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam"

"Kəpəz"in baş məşqçisi Adil Şükürov komandanın daha yaxşı olması üçün bütün gücü ilə çalışacaq.

"QELEBE.AZ" xəbər verir ki, mütəxəssis bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə müsahibəsində söyləyib.

O bildirib ki, yenidən bu klubda olmaq çox qürurverici və məsuliyyətlidir.

"Klubun yeni rəhbərliyinə təşəkkür edirəm ki, inanıb bu şansı mənə yenidən verdilər. Mən də öz tərəfimdən onu deyə bilərəm ki, “Kəpəz”in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam. Bu mənim üçün bir prinsipdir və inşallah, bu il “Kəpəz” əvvəlki olduğum dönəmin kollektivindən üstün olacaq. Bunun üçün başda sədrimiz Adil müəllim, eləcə də Fərman Əlizadə və İdarə Heyətinin digər üzvləri klubda istənilən imkanları təşkil ediblər. Futbolçuların inkişafı çox vacibdir və “Kəpəz”də də lazım olan şərait var. Klubun bazası, demək olar ki, tam olaraq əsas komandanın ixtiyarına verilib. Yaxın keçmişdə, mənim komandada olduğum dövrdə çox istəyirdim ki, məşqdən əvvəl və sonra komandanın qidalanması təmin olunsun. Komanda üzvləri mənim “Kəpəz”də oynadığım dövrlərdə olduğu kimi, əvvəlcədən bazaya gələrək otaqlarda istirahət edib məşqə çıxsınlar. Yeni rəhbərliyin gəlişindən sonra futbolçuların qidalanması təmin olunub. Komandanın bazada birlikdə daha çox vaxt keçirməsi kollektivin formalaşmasına səbəb olur. Bundan əlavə, sədrimiz bildirib ki, III MDB Oyunlarından sonra Akademiyanın məşq meydançalarında işıqlandırma işləri də həyata keçiriləcək".

A.Şükürovun sözlərinə görə, yeni rəhbərliyin gəlişindən sonra klubda olan hər kəs daha məsuliyyətli və nəticəyə yönəlik çalışmağa başlayıb:

"Sədrimiz “Kəpəz”də çalışan hər kəsdən bunu tələb edir və bunun üçün klubda şərait formalaşdırıb. Klubda struktur dəyişikliyindən tutmuş, əsas komandaya verilən dəstəyə qədər hər şey təmin edilib. Akademiyanın məşqçiləri üçün də əlavə dəstək olunub. Biz də bunun qarşılığında daha çox çalışaraq rəhbərliyin klubla bağlı istəklərini həyata keçirəcəyik".

Baş məşqçi əsas komandaya futbolçuların məşqçilər heyəti tərəfindən seçildiyini diqqətə çatdırıb:

"Gənc və yerli futbolçularla yanaşı, legionerlərin sintezini formalaşdırmağa çalışırıq və bu prosesi davam etdiririk. Bu işdə İdarə Heyətinin üzvü Erkin İbrahimov bizə dəstək olur. Bəzi oyunçuların kollektivə qatılmasında gecikmələr oldu ki, bu da komanda oyununa təsirsiz ötüşmür. Bu da transfer məsələlərində normal haldır. Amma rəhbərliyin tapşırığını tam həyata keçirəcəyimə inanıram".

O, bir neçə oyunçu ilə danışıqların davam etdiyini vurğulayıb:

"Yaxın günlərdə bu məsələ də həllini tapacaq və ondan sonra çempionatda daha rəqabətədavamlı “Kəpəz” görəcəyik. Bunun üçün məşqçilər heyəti olaraq bütün gücümüzü sərf edirik. Sonda “Kəpəz” azarkeşlərinin, “Kəpəz”i sevənlərin gözləntilərini doğruldacağımıza tam inanıram".

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının I turunda səfərdə "Sumqayıt"a 3 cavabsız qolla uduzub.

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
İlin ən yaxşı komandası müəyyənləşib

İlin ən yaxşı komandası müəyyənləşib

Futbol
“Qalatasaray”ın keçmiş futbolçusu Super Liqa klubunun baş məşqçisi olacaq

“Qalatasaray”ın keçmiş futbolçusu Super Liqa klubunun baş məşqçisi olacaq

Futbol
Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Futbol
Dünya çempionatının təqvimi

Dünya çempionatının təqvimi

Futbol
Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib

Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib

Futbol
Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Futbol
Premyer Liqa: "Qəbələ" "Kəpəz"i, "Sumqayıt" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Kəpəz"i, "Sumqayıt" "Zirə"ni qəbul edəcək

Futbol
"Neftçi"nin daha bir legioneri zədələnib

"Neftçi"nin daha bir legioneri zədələnib

Futbol
“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

Futbol
Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”