Renat vurdu, komandası qələbə qazandı

Renat vurdu, komandası qələbə qazandı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor Lublin" yoxlama oyununda qüvvəsini sınayıb.

QELEBE.AZ xəbər verir ki, Polşa təmsilçisi Yunanıstanın “Asteras” klubunu 4:2 hesabı ilə məğlub edib.

Yığmamızın üzvü Renat Dadaşov qarşılaşmanın 46-cı dəqiqəsində fərqlənərək hesab arasındakı fərqi iki topa yüksəldib.

Xatırladaq ki, “Motor Lublin” Polşa Ekstraklasasında yeni mövsümə 2 oyundan 3 xalla start verib və hazırda turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.