Millimiz Danimarkanı məğlub edib
Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatı B divizionunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, komandamız 9-16-cı yerlər uğrunda mübarizə aparır.
Millimizin rəqibi Danimarka yığması olub. Basketbolçularımız 75:72 hesabı ilə qalib gələrək, növbəti oyunda mübarizə aparmaq hüququ əldə edib. Yığmamızın rəqibi Slovakiya olacaq.
Qeyd edək ki, C qrupunu 3-cü yerdə başa vuran yığmamız yüksək yerlər uğrunda mübarizə aparmaq şansını itirib.

https://qelebe.az//uploads/photo/millimiz-danimarkani-meglub-edib.webp