Çimərlik futbolu üzrə Super Liqa keçiriləcək
Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, turnirdə ümumilikdə 6 komanda qələbə uğrunda mübarizə aparacaq.
Bu barədə Azərbaycan Çimərlik Futbolu Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışda “Dirçəliş”, “Yasamal-Baku Football Academy”, “Çinar Zəngilan”, “Rekord Klub 2019”, “Marafon İdman Klubu 2015” və VTB komandaları çıxış edəcək.
Qeyd edək ki, Super Liqa iyulun 11-15-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/chimerlik-futbolu-uzre-super-liqa-kechirilecek.webp