Borclarını ödəyə bilmədi - II LİQAYA DÜŞDÜ

Borclarını ödəyə bilmədi - II LİQAYA DÜŞDÜ

Fransanın köklü klublarından olan “Lion” gözlənilməz vəziyyətlə üzləşib.

QELEBE.AZ xəbər verir ki, Liqa 1 təmsilçisi borclarını ödəyə bilmədiyinə görə II Liqaya göndərilib.

Bu barədə Fransa Futbol Federasiyası rəsmi məlumat yayıb.

Klub yalnız aşağı liqaya göndərilməklə kifayətlənməyib – eyni zamanda transfer qadağası ilə üzləşib və futbolçuların maaşlarının ödənilməsi ilə bağlı ciddi tələblər qarşısında qalıb.

Qeyd edək ki, “Lion” başa çatan mövsümü 57 xalla altıncı pillədə tamamlamışdı.