Azərbaycan millisinin baş məşqçisi: “Qazaxıstan və Gürcüstanla matçlarda üstün oynadıq, dominantlıq etdik"

Azərbaycan millisinin baş məşqçisi: “Qazaxıstan və Gürcüstanla matçlarda üstün oynadıq, dominantlıq etdik"

Azərbaycanın futbol üzrə U-17 millisinin baş məşqçisi Aqil Nəbiyev Qəbələdə baş tutan təlim-məşq toplanışından razı qalıb.

Mütəxəssis bunu “Report”a açıqlamasında bildirib.

O, Qəbələdəki toplanış ərzində Qazaxıstan (2:0) və Gürcüstan (1:1) yığmalarına qarşı keçirdikləri yoxlama görüşlərinin nəticələrini dəyərləndirib:

“Hər iki matçda uşaqlar həqiqətən yüksək performans göstərdilər. Üstün futbol oynadıq, dominantlıq etdik. Qol şanslarımız çox oldu. İlk oyunda Qazaxıstanı 2:0 məğlub etdik. Gürcüstanla matçda isə əlavə olunmuş dəqiqələrdə qol buraxdıq. Komandada bir qədər ustalıq səviyyəsi çatmır. İnanıram ki, bir az zamanımız olsa, yaxşı işlər görmək mümkündür. Hər iki oyunda ilk “11-lik”də bir yaş kiçik olan üç futbolçuya yer vermişdik. İstəyirik ki, U-16-ya və digər yaş qruplarına da dəstək olaq, uşaqların yolunu açaq. Bu həm də milliyə dəvət almaq yolunda yaşı az olan digər futbolçular üçün motivasiyadır. Komandadan razıyam, daha da yaxşı ola bilərdik”.

Baş məşqçi çatışmazlıqları qabardıb və Avropa çempionatının birinci mərhələsindəki oyunlara qədər yenə toplanış planlaşdırıldığını söyləyib:

“Oktyabrdan əvvəlində Avropaya yollamalıyıq. Vaxtımız az qalıb. Artıq üçüncü toplanışı bitirdik. Avropa çempionat başlayana qədər daha bir toplanış keçirməyi nəzərdə tutmuşuq. Biz də istəyərdik ki, hazırlıq proseslərinin sayı daha çox olsun. İyunun 1-də başladığımız Qəbələ toplanışından razı qaldım. İnkişaf göz qabağındadır. İstər komandanın formalaşmasını, istərsə də müsbət nəticələrin gəldiyini görürük. Təbii ki, çatışmazlıqlar da var. Xüsusən də mərkəz xətdə. Fərqli mövqe oyunçularını mərkəzdə sınayıram. Əsas oyunçularımızdan Amin Rzayev U-21-ə dəvət aldığı üçün aramızda yox idi. Zədəli futbolçularımız var idi, onları dəvət edə bilməmişdik.Növbəti toplanışı iki ay sonraya planlaşdırmışıq. Bu komandada yaxşı işlər görmək olar. İnanıram ki, daha uğurlu nəticə göstərə bilərik”.

O, Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsində çətin qrupa düşdüklərini bildirib:

“Düzdür, Avropa çempionatının seçmə mərhələsndə çətin qrupa düşmüşük. Fransa, İsrail və Rumıniya ilə mübarizə aparacağıq. Lakin biz ora təslim olmağa getmirik. İstəyirik ki, yaxşı nəticələr göstərək və ilk iki yerdən birini tutub qrupdan çıxaq”.

Qeyd edək ki, Avropa çempionatının birinci mərhələsində IX qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya seçmələri ilə mübarizə aparacaq. İlk mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.

Futbol
“Sabah”ın baş məşqçisi: “Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır”

“Sabah”ın baş məşqçisi: “Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır”

Futbol
İspaniya millisinin yeni baş məşqçisi açıqlanıb

İspaniya millisinin yeni baş məşqçisi açıqlanıb

Futbol
DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

Futbol
Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Futbol
"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

Futbol
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq