Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

“Ölkədə idmanın inkişafı üçün bir çox dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq. Hər şeyi pillə-pillə, düşünülmüş şəkildə edəcəyik”.

Bu sözləri “Report”a müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov son illər ölkədə idman sahəsində aparılan islahatlardan danışarkən deyib.

Nazir vurğulayıb ki, islahatlar daimi olmalıdır: “Məsələn, COVİD haqqında danışaq. Bunu heç kim gözləmirdi, amma bütün dünyada nəinki idmana, hər yerə, hər sahəyə öz təsirini göstərdi. Böyük iqtisadi dəyişikliklər oldu, mövcud olan qaydalara yenidən baxıldı. 2020-ci ildə birdən-birə hər şey onlayn formata çevrildi. Biz də bundan sonra planlar qurarkən bu kimi fors-major halları mütləq nəzərə alırıq. Hansısa qapanma ola bilər, yoluxma statistikası yenidən arta bilər və s. Ümumiyyətlə, hansısa bir qaydalar üzərində çalışanda mütləq yeni reallıqlar nəzərə alınmalıdır. Odur ki, xüsusilə “postkovid” dövründə müəyyən dəyişikliklər, yeni çağırışlar var. Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən yeni məqsədlər müəyyənləşdirilib”.

Fərid Qayıbov son zamanlar dünyada baş verən hadisələrin idmana çox təsiri olduğunu qeyd edib: “Rusiya, Belarus və Ukraynanın – üç Avropa ölkəsinin konfliktdə iştirakı idman aləmindən yan ötüşməyib. Ümumiyyətlə, dünyada bir çox proseslər gedir ki, bu, özünü hər sahədə, həmçinin idmanda da göstərir. Biz də bütün bu kimi halları nəzərə alaraq özümüzdə islahatlar keçirməliyik. Bunu öz adət-ənənələrimizə, mentalitetimizə uyğun bir şəkildə etməliyik. Mütləq bu islahatlar düşünülmüş şəkildə olmalıdır. Əvvəlcədən araşdırmalar aparılmalı, ondan sonra düzgün qərarlar verilməlidir. Düşünürəm ki, son ildə biz bu işləri normal şəkildə görə bilmişik. Bundan sonra görəcək işlərimiz də çoxdur”.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Fərdi
Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Fərdi
Azərbaycan Cüdo Federasiyasının rəsmisinə EJU-da vəzifə verilib

Azərbaycan Cüdo Federasiyasının rəsmisinə EJU-da vəzifə verilib

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır