"Sumqayıt"ın baş məşqçisi 5 oyunluq diskvalifikasiya edilib
AFFA U-13 Qızlar Liqasında çıxış edən "Sumqayıt"ın baş məşqçisi Sabir Mütəllimov 5 oyunluq diskvalifikasiya edilib.
QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna AFFA U-13 Qızlar Liqasının yarımfinal mərhələsində “Səbail" və "Sumqayıt" arasında keçirilən cavab matçının 30-cu dəqiqəsində Sumqayıt təmsilçisinin baş məşqçisi Sabir Mütəllimovun texniki zona qaydalarını kobud şəkildə pozduğuna və birinci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.

https://qelebe.az//uploads/photo/quotsumqayitquotin-bash-meshqchisi-5-oyunluq-diskvalifikasiya-edilib.webp