Freddi Varqas “Neftçi”yə qayıdır?
“Neftçi”nin sabiq futbolçusu Freddi Varqasın yenidən Bakı klubuna qayıdacaq.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” israilli “Makkabi” (Netanya) klubu ilə aparılan danışıqlarda razılıq əldə edib.
Qarşı tərəfin 900 min dollarlıq tələbi aşağı salınıb və transferin 600-700 min dollar arasında məbləğə başa gələcəyi gözlənilir.
27 yaşlı vingerin “Neftçi” ilə 3 illik müqavilə imzalayacağı, aylıq maaşının isə 35-40 min dollar olacağı bildirilir.
Qeyd edək ki, Freddi Varqas ötən mövsüm icarə əsasında “Neftçi”də çıxış edib. O, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/freddi-varqas-neftchiye-qayidir.webp