"Araz-Naxçıvan" 2 futbolçusu ilə müqavilə yeniləyib
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.
QELEBE.AZ xəbər verir ki, Slavik Alxasov və Qara Qarayev 2025/2026 mövsümünü də komandanın heyətində keçirəcək.
Hər iki oyunçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.

https://qelebe.az//uploads/photo/quotaraz-naxchivanquot-2-futbolchusu-ile-muqavile-yenileyib.webp