Həsənov açıqladI: "Turan Tovuz"un əleyhinə verilən penalti YANLIŞ İDİ - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının V turunda baş verən mübahisəli epizodlarla bağlı fikirlərini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Rəhim Həsənov son günlər geniş müzakirə olunan “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında meydan sahiblərinin lehinə verilən penalti qərarına münasibət bildirib.
Komitə sədri qeyd edib ki, həmin epizodda 11 metrlik cərimə zərbəsinin təyin olunmaması daha doğru qərar olardı.
Video-şərhi təqdim edirik:

https://qelebe.az//uploads/photo/hesenov-achiqladi-quotturan-tovuzquotun-eleyhine-verilen-penalti-yanlish-idi-video.webp