Aziz Yıldırımdan sərt açıqlama: “Qızımı bu mübahisələrə alət etmə”

Aziz Yıldırımdan sərt açıqlama: “Qızımı bu mübahisələrə alət etmə”

“Fənərbaxça” prezidenti Aziz Yıldırım idman şərhçisi Emre Bolun açıqlamalarına sərt reaksiya verib.

QELEBE.AZ xəbər verir ki, İstanbul klubunun rəhbəri bununla bağlı “Fənərbaxça”nın rəsmi hesabı vasitəsilə açıqlama yayıb. 

Emre Bol “YouTube” kanalında Yıldırımın qızının “Fənərbaxça”nın futbolçuları Mert Hakan Yandaş və İrfan Can Kahveci ilə telefonla danışdığını bildirib. O, bu söhbətlərin komandanın vəziyyəti və heyət seçimi ilə bağlı olduğunu iddia edib. 

Aziz Yıldırım futbolçularla telefon danışıqlarını təsdiqləsə də, bundan fərqli məna çıxarılmasına etiraz edib:

“Bəli, danışır. Bir uşağın özünə böyük qardaş kimi gördüyü, ailəlikcə münasibət saxladığı insanlarla danışmasında nə var? Nəyə eyham vurmağa çalışırsan? “Fənərbaxça”nın baş məşqçisi İsmail Kartaldır. Komandanı və heyəti də o idarə edir”.

Klub prezidenti daha sonra Emre Bolun 3 iyul prosesi zamanı Emmanuel Emenike ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq onu tənqid edib və açıqlamasını “Mən buradayam. Tənqidin varsa, məni tənqid et. Amma qızımı bu çirkli mübahisələrə alət etmə” sözləri ilə tamamlayıb. 

Qeyd edək ki, Aziz Yıldırım hazırda “Fənərbaxça”nın prezidentidir.