Azərbaycan – Tacikistan oyununun hakimləri müəyyənləşib
Azərbaycan milli komandasının sentyabrın 23-də Tacikistan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Roman Jitar olacaq. Ona həmyerliləri Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Kamranbəy Rəhimov dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qarşılaşmada VAR hakimi Özbəkistandan olan Abduraşıd Xudoyberganov, AVAR isə Azərbaycan təmsilçisi Kamran Bayramov olacaq.
Qeyd edək ki, Azərbaycan – Tacikistan oyunu sentyabrın 23-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-tacikistan-oyununun-hakimleri-mueyyenleshib.webp