“Milli komandaya dəvət almağımda “Qarabağ”a keçidimin rolu var”
“Qarabağ”ın futbolçusu Bense Varkonyi Macarıstan millisindən dəvət alması ilə bağlı fikirlərini bölüşüb.
QELEBE.AZ xəbər verir ki, 24 yaşlı müdafiəçi karyerasında ilk dəfə əsas milliyə çağırılmasını böyük sevinclə qarşıladığını bildirib:
“Milliyə çağırılacağımı öyrənəndə çox sevindim. Bu xəbəri böyük xoşbəxtlik və müsbət hisslərlə qarşıladım. Düşünürəm ki, hansı səviyyədə olmasından asılı olmayaraq, idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinib oynamaqdır. Buna görə də bu dəvət məni həqiqətən çox sevindirdi”.
Yay transfer pəncərəsində “Qarabağ”a keçən müdafiəçi Azərbaycan klubuna transferinin milli komandaya çağırılmasına təsir etdiyini də vurğulayıb:
“Bəli, yayda “Qarabağ”a transfer olunmağım mənim üçün böyük addım idi. Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim. Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki mənə hər məsələdə dəstək olurlar. Mənə etimad göstərilib və mən də bu etimadı doğrultmaq, ən yaxşı oyunumu nümayiş etdirmək üçün çalışıram”.
Bense Varkonyi qarşısına qoyduğu məqsədlərə çatmaq üçün bundan sonra da əzmlə çalışacağını bildirib:
“Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var. Onlara çatmaq üçün bundan sonra da əlimdən gələni etməyə davam edəcəyəm”.
Qeyd edək ki, UEFA Millətlər Liqasında çıxış edən Macarıstan millisi sentyabrın 25-də Ukraynanı, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək. Yığma sentyabrın 28-də Şimali İrlandiyanın, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.

https://qelebe.az//uploads/photo/milli-komandaya-devet-almagimda-qarabaga-kechidimin-rolu-var.webp