Millimiz Avropa Gümüş Liqasına hazırlıqlarını davam etdirir

Millimiz Avropa Gümüş Liqasına hazırlıqlarını davam etdirir

Avropa Gümüş Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir.

Apasport.az xəbər verir ki, Tbilisidə 5 gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komandamız yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

Yığmamız Avropa Gümüş Liqasında ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları iyunun 13-15-də Azərbaycanda, üçüncü tur isə iyunun 20-22-də Farer adalarında təşkil olunacaq.

Avropa Gümüş Liqası (kişilər)
I Turnir (İsveç)

06 iyun
17:00. Azərbaycan - İsveç

07 iyun
17:00. Gürcüstan - Azərbaycan

8 iyun
17:00. İsveç – Gürcüstan

II Turnir (Azərbaycan)

13 iyun
18:00. Lüksemburq - Azərbaycan

14 iyun
18:00. Macarıstan – Lüksemburq

15 iyun
18:00. Azərbaycan - Macarıstan

III Turnir (Farer Adaları)

20 iyun

19:00. Azərbaycan - Farer adaları

21 iyun
17:00. Avstriya – Azərbaycan

22 iyun
17:00. Farer adaları – Avstriya

Qeyd edək ki, oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.