Jesus "Əl-Hilal"dan ayrıldı - Rəsmi

Jesus "Əl-Hilal"dan ayrıldı  - Rəsmi

Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-Hilal" baş məşqçisi Jorje Jesusla yollarını ayırıb. 

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

70 yaşlı mütəxəssisin müqaviləsinə Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Əhli”yə məğlubiyyətdən (2:3) bir neçə gün sonra xitam verilib.

Komandaya müvəqqəti olaraq Məhəmməd Əl-Şalhub rəhbərlik edəcək.

Təcrübəli çalışdırıcının adı bir müddətdir ki, Braziliya millisi ilə hallanırdı. Səudiyyə klubundan ayrılması bu iddiaları gücləndirib.

Jesus “Əl Hilal”ın baş məşqçisi kimi 99 oyun keçirib.