Adil Şükürov: "Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir"

Adil Şükürov: "Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir"

"Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir.

Bunu "Report"a açıqlamasında "Zirə" və "Kəpəz" klublarının sabiq baş məşqçisi Adil Şükürov deyib.

Azərbaycan millisinin sabiq üzvü ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları barədə danışıb:

"Araz-Naxçıvan" "Qarabağ"la oyuna çox yaxşı başlamışdı. Lakin komanda fürsətlərdən istifadə edə bilmədi. Əəvzində rəqib hücumlara tab gətirdi və ikinci hissədə baxımlı oyun sərgiləyərək istədiyi qolları vurdu. Premyer Liqa oyununda "Araz-Naxçıvan" "Turan Tovuz"la qarşılaşmada çox qüvvə itirmişdi. Heyətləri də geniş deyil ki, yorğun futbolçuları başqa oyunçularla əvəzləsinlər. Düşünürəm ki, bu səbəbdən naxçıvanlılar sona qədər tab gətirə bilmədilər".

Mütəxəssis "Neftçi"nin "Sabah"la matçda çox yaxşı çıxış etdiyini, lakin oyunun hesaba yansımadığını bildirib:

"Uzun müddətdən sonra Samir Abasovun rəhbərliyi altında "Neftçi"nin belə yaxşı oyun sərgilədiyinin şahidi olurdum. Komanda çox istəkli idi, qələbə qazanmaq istəyirdilər. İlk qolu buraxdıqdan qısa müddət sonra hesabı bərabərləşdirdilər. Lakin ikinci qolu vurmaq alınmadı. Futbolda bəzən belə şeylər olur. Hətta yaxşı oynadığın halda ikinci qolu da buraxa bilərsən. Emin Mahmudovun çıxışını xüsusi vurğulamaq istəyərdim. O, sübut etdi ki, hələ də sabit oynaya bilər. Sadəcə, Eminə motivasiya vermək lazımdır ki, komandasına xeyir verə bilsin".

Adil Şükürov Azərbaycan Kubokunun final matçının maraqlı keçəcəyini söyləyib:

"Düşünürəm ki, finalda maraqlı oyuna şahidlik edəcəyik. Baxmayaraq ki, "Qarabağ"ın gücü hər kəsə bəllidir. Lakin "Sabah" da kuboku muzeyinə apara bilər. Nəzərə almaq lazımdır ki, final 1 görüşdən ibarətdir və hər an hər şey ola bilər. "Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir".

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçlarında "Qarabağ" "Araz-Naxçıvan"ı 3:0 (ilk görüş - 0:1) hesabı ilə məğlub edib. "Sabah" - "Neftçi" görüşündə isə tərəflər hərəyə bir dəfə fərqləniblər (ilk oyun - 2:1).

Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

Futbol
Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Futbol
"Qarabağ"ın rəqibi isveçrəli yarımmüdafiəçini heyətinə qatıb

"Qarabağ"ın rəqibi isveçrəli yarımmüdafiəçini heyətinə qatıb

Futbol
Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Futbol
Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Futbol
"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

Futbol
Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub