“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qarabağ”a qarşı 11 gün ərzində 3 oyun keçirmək çox çətindir”.

Bunu “Report”a müsahibəsində “Qəbələ”nin futbolçusu İsnik Alimi Azərbaycan kubokunun 1/4 final mərhələsində və Premyer Liqanın XVII turunda “Qarabağ”la keçiriləcək matçlar barədə danışarkən deyib.

Şimali makedoniyalı yarımmüdafiəçi rəqibin güclü olmasına baxmayaraq, kubokda mərhələ adlamaq və çempionatda qələbə qazanmaq arzusunda olduqlarını söyləyib: “Hədəfimiz əlbəttə ki, qalib gəlməkdir. Çox çətin olacaq, amma cəhd eləməliyik. Bunun üçün bütün gücümüzü ortaya qoymalıyıq ki, istədiyimiz nəticələri əldə edək. Rəqibin çox yaxşı futbolçuları var. Bir-birlərini istənilən vaxt uğurla dəyişə bilirlər. Meydançaya kimin çıxmasından asılı olmayaraq, həmin oyunçu əsas heyət üzvü kimi çıxış edir. Ancaq yenə də bütün gücümüzlə mübarizə aparmalıyıq. Bir az da bəxt yanımızda olmalıdır”.

28 yaşlı oyunçu qeyd edib ki, eyni rəqiblə tez-tez qarşılaşmaq təcrübəsini əvvəlki klublarında da yaşayıb: “Təkcə Azərbaycanda belə deyil. Xorvatiyada olanda da 10 komandalı çempionatda çıxış etmişəm. Liqada eyni rəqiblə mövsüm ərzində 4 dəfə üz-üzə gəlirsən. 10-11 komandalı çempionatlar var. Məncə, İsveçrədə də vəziyyət belədir”.

Qeyd edək ki, “Qəbələ” ilə “Qarabağ” dekabrın 8-də və 19-da ölkə kuboku, 13-də isə çempionat çərçivəsində üz-üzə gələcək.

İsnik Aliminin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı" ilə bacarmayıb

Premyer Liqa: "Zirə" "Şamaxı" ilə bacarmayıb

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Futbol
DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

Futbol
“Neftçi”nin hücumçusu: “Çempionlar Liqasında oynamaq istəyirəm”

“Neftçi”nin hücumçusu: “Çempionlar Liqasında oynamaq istəyirəm”

Futbol
Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

Futbol
"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib

"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib

Futbol
Rusiya millisi məşhur şirkətin geyimlərindən imtina edir

Rusiya millisi məşhur şirkətin geyimlərindən imtina edir

Futbol
Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var