Messi dubl etdi, komandası yarımfinala yüksəldi
KONKAKAF Çempionlar Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Apasport.az xəbər verir ki, ilk oyunda 1:0 hesabı ilə uduzan "İnter Mayami" cavab qarşılaşmasında “Los Anceles”i məğlub edib - 3:1.
Lionel Messi qələbənin memarlarından olub.
Belə ki, dünya çempionu matçın 35-ci dəqiqəsində hesabı bərabərləşdirib. 84-cü dəqiqədə isə penaltini qola çevirərək dubla imza atıb.
Qeyd edək ki, bu, Messinin cari mövsümdəki ilk dubludur.

https://qelebe.az//uploads/photo/messi-dubl-etdi-komandasi-yarimfinala-yukseldi.webp