Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar
Sentyabrın 10-dan 13-dək Belarusun paytaxtı Minskdə kayak və kanoe üzrə "Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku" beynəlxalq yarışı keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının idmançıları da yarışda iştirak edəcəklər.
Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.
Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançılara böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.

https://qelebe.az//uploads/photo/azerbaycanin-kayak-ve-kanoechileri-belarusda-beynelxalq-turnirde-mubarize-aparacaqlar.webp