Qelebə.az / Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Bu gün, 00:12

Sentyabrın 10-dan 13-dək Belarusun paytaxtı Minskdə kayak və kanoe üzrə "Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku" beynəlxalq yarışı keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının idmançıları da yarışda iştirak edəcəklər.

Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.

Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançılara böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.

Geri qayıt