Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
Misli Premyer Liqasının V turunda keçiriləcək “Kəpəz” – “Qəbələ” matçından əvvəl Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin xatirəsi yad olunacaq.
Apasport.az xəbər verir ki, sentyabrın 12-də Gəncə Şəhər Stadionunda baş tutacaq qarşılaşmanın start fitindən öncə bir dəqiqəlik sükut elan ediləcək.
Bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib.
Bir dəqiqəlik sükut zamanı stadionun elektron tablolarında mərhum veteran futbolçunun fotosu da nümayiş olunacaq.

https://qelebe.az//uploads/photo/mehman-haciyevin-xatiresi-bir-deqiqelik-sukutla-yad-olunacaq.webp