Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən “Changan Race Almaty 2026” yarışında iştirak edib.
QELEBE.AZ xəbər verir ki, idmançımız iki mərhələnin yekununda ümumi təsnifatda 4-cü yeri tutub.
Süleyman Ələkbərov eyni zamanda yarışın ən yaxşı gənc velosipedçisi seçilərək xüsusi köynəyə layiq görülüb.

https://qelebe.az//uploads/photo/suleyman-elekberov-almatida-en-yaxshi-genc-velosipedchi-sechilib.webp