Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
“Hall Siti”nin sahibi Acun Ilıcalı komandasının uğurlu çıxışı ilə bağlı maraqlı açıqlama verib.
Apasport.az xəbər verir ki, türkiyəli iş adamı İngiltərənin ilk 4 liqasında 3 turdan sonra qol buraxmayan yeganə komanda olmalarına diqqət çəkib.
Ilıcalı ötən mövsümün pley-off mərhələsində də “Hall Siti”nin üç qarşılaşmada qapısını toxunulmaz saxladığını xatırladıb:
“Qarşıda bizi “Çelsi” ilə çətin oyun gözləyir. Amma hamıya xatırlatmaq istəyirəm ki, ötən mövsüm pley-offdakı üç matçımızda da qol buraxmadıq. Beləliklə, ardıcıl 6 oyundur qapımızı toxunulmaz saxlayırıq”.
O, daha əvvəl futbolçularına verdiyi Las-Veqas vədinə də toxunub:
“Yarımfinaldan əvvəl verdiyim Las-Veqas sözü hələ də qüvvədədir. Əgər belə davam edə bilsək, onları Las-Veqasa göndərməyəcəyəm. Las-Veqası onların ayağına gətirəcəyəm”.
Qeyd edək ki, Acun Ilıcalı “Hall Siti”nin sahibi və klubun idarə heyətinin sədridir.

https://qelebe.az//uploads/photo/acun-ilicalidan-iddiali-sozler-las-veqasi-onlarin-ayagina-getireceyem.webp