Portuqaliyadan Azərbaycana - Eduardo rəsmən "Sabah"da!

Portuqaliyadan Azərbaycana - Eduardo rəsmən "Sabah"da!

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi Portuqaliyanın “Jil Visente” klubunun hücumçusu Karlos Eduardonu icarəyə götürüb.

24 yaşlı braziliyalı ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Razılaşmada futbolçunun transfer hüquqlarının alınması ilə bağlı satınalma şərti də yer alıb.

Qeyd edək ki, Karlos Eduardonun “Jil Visente” ilə müqaviləsi də 2027-ci ilin yayına qədər uzadılıb.