Qelebə.az / Messi dubl etdi, komandası yarımfinala yüksəldi

Messi dubl etdi, komandası yarımfinala yüksəldi

10-04-2025, 08:58

KONKAKAF Çempionlar Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Apasport.az xəbər verir ki, ilk oyunda 1:0 hesabı ilə uduzan "İnter Mayami" cavab qarşılaşmasında “Los Anceles”i məğlub edib - 3:1. 

Lionel Messi qələbənin memarlarından olub. 

Belə ki, dünya çempionu matçın 35-ci dəqiqəsində hesabı bərabərləşdirib. 84-cü dəqiqədə isə penaltini qola çevirərək dubla imza atıb. 

Qeyd edək ki, bu, Messinin cari mövsümdəki ilk dubludur.
 

Geri qayıt