Futboldan kənarlaşdırılan Azərbaycan klubu rəsmisinin şikayəti qismən təmin edilib
Futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırmaq əsası ilə 1 il müddətinə futboldan kənarlaşdırılan “Marafon” İdman Klubunun, həmçinin Ağcabədinin “Olimpiya” komandasının rəsmisi Orxan Əliyevin şikayəti qismən təmin edilib.
“QELEBE.AZ” xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarında bildirilib.
Tribunalın qərarına əsasən, “Marafon”un rəsmisi, eyni zamanda futbolçusu olan O.Əliyevin cəzası 1 ildən 6 aya endirilib. Qalan 6 ay şərti cəza kimi tətbiq olunub. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən edilib. Sınaq müddətinin başlanğıcı 2025-ci il martın 22-dən hesablanıb.
Apellyasiya şikayətləri qalan hissədə təmin edilməyib. Həmçinin qərardan Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah olunub.

https://qelebe.az//uploads/photo/futboldan-kenarlashdirilan-azerbaycan-klubu-resmisinin-shikayeti-qismen-temin-edilib.webp











