Yarımfinalın ilk matçı: "Neftçi" "Sabah"ı qəbul edir - YENİLƏNİR

Yarımfinalın ilk matçı: "Neftçi" "Sabah"ı qəbul edir - YENİLƏNİR

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları bu gün start götürür.

QELEBE.AZ xəbər verir ki, günün növbəti qarşılaşmasında "Neftçi" "Sabah"la üz-üzə gələcək. 

Samir Abasovun yetirmələri ilk oyundan sərfəli nəticə ilə ayrılmaq niyyətindədir.

Berezutskinin "Sabah"ı isə turun taleyini ən pis halda "Bank Respublika Arena"da həll etməyi planlayır.

Saat 19:30-da “Neftçi Arena”da başlayacaq görüşü Əliyar Ağayev idarə edəcək. 

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar

2 aprel

19:30 "Neftçi" – "Sabah"
Baş hakim: Əliyar Ağayev
“Neftçi Arena”