"Abşeron" yenə qalib gəldi

"Abşeron" yenə qalib gəldi

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVII turun oyunları keçirilib.

QELEBE.AZ xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Çempionatın lideri “Abşeron” autsayder UNEC-in qonağı olub. Görüş qonaqların asan qələbəsi ilə başa çatıb. Tələblər bu görüşdə cəmi 29 xal qazana biliblər.

“Murov Az Terminal” “Azərreyl”lə üz-üzə gəlib. "Dəmiryolçular" 3:1 hesabı ilə üstün olublar.

Tura “Milli Aviasiya Akademiyası” - “Gəncə” matçı ilə yekun vurulub. Çempionluq uğrunda yarışan meydan sahibləri gözlənilmədən uduzublar. 2:3 hesabı ilə uduzan komanda liderdən 4 xal geri düşüb.

Yüksək Liqa (qadınlar)
XVII tur
27 mart

16:00. UNEC - “Abşeron” - 0:3 (8:25, 11:25, 10:25)
UNEC VK-nın idman zalı

16:00. “Murov Az Terminal” - “Azərreyl” - 1:3 (23:25, 26:28, 25:11, 15:25)
GİN-in Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə” - 2:3 (24:26, 25:16, 16:25, 27:25, 15:17)
GİN-in Voleybol Mərkəzi