Azərbaycanın futzal millisinin kapitanı: “Komandada çatışmayan cəhət ustalıqdır”

Azərbaycanın futzal millisinin kapitanı: “Komandada çatışmayan cəhət ustalıqdır”

Komandada çatışmayan cəhət ustalıqdır.

Bunu “Report”a açıqlamasında Azərbaycanın futzal millisinin kapitanı Emin Kürdov AVRO-2026-nın seçmə mərhələsində ötən gün baş tutan Yunanıstanla matçı dəyərləndirərkən deyib.

Təcrübəli qapıçı komandanın qol vəziyyətlərindən yararlana bilməməsini qabardıb:

“Bilirdik ki, çox ağır oyun olacaq. Çünki Bakıdakı matçda son saniyələrdə bərabərliyi əldə etmişdik. Buna baxmayaraq, komandamız çox yaxşı çıxış etdi. Millinin böyük problemlərindən biri qol epizodlarından lazımi şəkildə istifadə edə bilməməkdir. Rəqib qapısına endirdiyimiz 12-13 zərbədən cəmi ikisi qol oldu. Bu qolları vurarkən qapıçını da oyunçu kimi istifadə etdik. Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Səhvlər oldu, standart vəziyyətlərdən qol buraxdıq. Hesab 2:2 olarkən, matçın bitməsinə 4 saniyə qalmış üçüncü qolu qapımızda gördük. Heç-heçə də bizim üçün sərfəli nəticə deyildi. Yalnız qələbə qazanmaq lazım idi. Qol vəziyyətlərindən yararlana bilmədik. Kənan Manafov fərdi ustalığı hesabına fərqləndi. Komandada çatışmayan cəhət ustalıqdır. Oyun baxımından isə geri qalmırdıq”.

Qeyd edək ki, Afinada baş tutan Yunanıstan - Azərbaycan matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Vitali Borisovun rəhbərlik etdiyi komanda pley-off şanslarını itirib.

Futbol
Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Futbol
Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Futbol
Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

Futbol
Tarixə düşmüş futbolçu avtomobil qəzasında ölüb

Tarixə düşmüş futbolçu avtomobil qəzasında ölüb

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

Futbol
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

Futbol
Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar