İngiltərə Premyer Liqası: “Liverpul”un autsayder üzərində əzmkar qələbə qazanıb

İngiltərə Premyer Liqası: “Liverpul”un autsayder üzərində əzmkar qələbə qazanıb

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində “Liverpul” “Sauthempton”u qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Lyuis Smitin idarə etdiyi matç “Enfild”də baş tutub.

Birinci hissə “qırmızılar”ın üstünlüyü ilə keçsə də, hücumların dişsizliyi səbəbindən təhlükəli zərbələrin sayı az olub. Bununla belə, ilk yarını bütövlükdə müdafiədə keçirmiş “müqəddəslər” hissəyə əlavə edilmiş birinci dəqiqədə kapitan Vircil van Dayk və qapıçı Alisson Beker arasındakı anlaşılmazlıdan istifadə edərək topu tora göndəriblər: irlandiyalı Vill Smolbon Premyer Liqada ilk qoluna imza atıb.

İkinci hissəyə üç dəyişikliklə başlayan Arne Slotun komandası üçün status-kvonu bərpa etmək üçün altı dəqiqə kifayət edib: 51-ci dəqiqədə Luis Diasın ötürməsindən sonra uruqvaylı hücumçu Darvin Nunyes tək toxunuşla Aaron Remsdeylin qoruduğu qapını silkələyib. Bir neçə dəqiqə sonra ruhdan düşmüş qonaqların qapısına penalti təyin olunub: 54-cü dəqiqədə misirli Məhəmməd Salah “qırmızılar”ı hesabda irəli çıxarıb. Matçda son qol da 11 metrlik nöqtədən vurulub: 88-ci dəqiqədə İvan Yuriçin komandasının müdafiəçisi Yukinari Suqavaranın əl ilə oyununa görə təyin olunmuş penaltini bu səfər də Salah yerinə yetirib – 3:1.

Beləliklə, 29 oyundan sonra çempionatın lideri “Liverpul”un 70 xalı var. Onun ən yaxın təqibçisi 54 xala malik “Arsenal”dır (ehtiyatında iki oyun var). Demək olar, Premyer Liqada qalma şansını itirmiş “Sauthempton” isə 28 oyuna cəmi doqquz xal qazanıb. Komanda sonuncu pillədə qərarlaşıb.

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

Futbol
Dünyanın ən yaxşı hakimi bəlli olub

Dünyanın ən yaxşı hakimi bəlli olub

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Futbol
Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Futbol
"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

Futbol
Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 6 qol vurulub

Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 6 qol vurulub

Futbol
Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Futbol
Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Futbol
Riçard Almeyda cəzalı duruma düşüb

Riçard Almeyda cəzalı duruma düşüb

Futbol
UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

Futbol
İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

Futbol
"Liverpul" Qakponu transfer edib

"Liverpul" Qakponu transfer edib