Ağasəlim Mircavadov: "Olimpiakos"la oyun "Qarabağ" üçün imic baxımından vacibdir"

Ağasəlim Mircavadov: "Olimpiakos"la oyun "Qarabağ" üçün imic baxımından vacibdir"

"Olimpiakos"la oyun "Qarabağ" üçün imic baxımından vacibdir.

Bunu “QELEBE.AZ”a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda bu gün "Olimpiakos"a (Yunanıstan) qarşı keçirəcəyi matçla bağlı düşüncələrini bölüşərkən deyib.

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağdam təmsilçisinin imicini qoruması üçün axşamkı görüşdə qələbə qazanmalı olduğunu bildirib:

"Maliyyət cəhətdən "Olimpiakos"un "Qarabağ"dan üstün olduğunu unutmamalıyıq. Ümumiyyətlə rəqib komanda heç də zəif deyil. Onlar ötən il Konfrans Liqasının qalibi olublar. Bununla belə, "Olimpiakos"la oyun "Qarabağ" üçün imic baxımından vacibdir. Təmsilçimizdən qələbə gözləyirəm. Düşünmürəm ki, pley-off şansının itməsinə görə futbolçular zəif çıxış etsinlər. Çünki Avropada baş tutan hər oyun vacibdir. Qazanılacaq qələbə "Qarabağ"ı xaricdə bir qədər də tanıdacaq".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Futbol
"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
FIFA Messi ilə bağlı paylaşımı silib

FIFA Messi ilə bağlı paylaşımı silib

Futbol
Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Futbol
"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

Futbol
Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub

Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub

Futbol
“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

Futbol
"Sabah"ın baş məşqçisi: "Oyunda mübahisəli anlar var idi"

"Sabah"ın baş məşqçisi: "Oyunda mübahisəli anlar var idi"

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

Futbol
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub