İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib

İngiltərə Premyer Liqasının 22-ci turunda “Mançester Siti” “İpsviç”i qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, “Portman Road”da baş tutmuş matçı baş hakim Semuel Berrot idarə edib.

Oyunda hesab 27-ci dəqiqədə açılıb: ingiltərəli Fil Foden “şəhərlilər”in ilk qolunu vurub. Növbəti qol cəmi üç dəqiqə sonra qeydə alınıb: Mateo Kovaçiç Fil Fodenin ötürməsindən maksimum yaralanıb. Birinci hissədə sonuncu qol 42-ci dəqiqədə vurulub: Fil Foden Kevin De Brüynenin ötürməsindən sonra dubla imza atıb.

Xosep Qvardiolanın yetirmələrinin qol yağışı ikinci hissədə də davam edib. 49-cu dəqiqədə Ceremi Doku vurulmuş qolların sayını 4-ə çatdırıb. Belçikalıya dəqiq ötürməni onun həmvətəni Kevin De Brüyne verib. 57-ci dəqiqədə qonaqların bombardiri Erlinq Holann (assist: Doku) da özündən söz edib. Matçda son nöqtəni isə Kovaçiçin ötürməsindən sonra Ceyms Makti (69’) qoyub: “İpsviç” – 0, “Mançester Siti” – 6.

Beləliklə, bu qələbə ilə xallarını 38-ə çatdıran “şəhərlilər” bu göstəricidə “Nyukasl”la bərabərləşib və vurulmuş-buraxılmış topların nisbətinə görə turnir cədvəlinin ilk dördlüyünə daxil olublar. Komandaların ən yaxın təqibçisi 37 xala malik “Çelsi”dir (bir oyun əskik). Növbəti turda “Mançester Siti” “Çelsi”ni qonaq edəcək.

“İpsviç” isə 18-ci pillədə qərarlaşıb. Liqada qalmaq uğrunda mübarizə aparan “traktorçular”ın cəmi 16 xalı var. Növbəti turda autsayderi çempionatın lideri “Liverpul” sınağa çəkəcək.

Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted” öz meydanında “Brayton”a məğlub olmuşdu. Eyni aqibətlə “Tottenhem” və “Sauthempton”da üzləşib.

Futbol
De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

Futbol
DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

Futbol
Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Futbol
İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

Futbol
Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Futbol
CAS Rusiya Futbol İttifaqının şikayətini rədd edib

CAS Rusiya Futbol İttifaqının şikayətini rədd edib

Futbol
ANOC-un prezidenti bəlli olub

ANOC-un prezidenti bəlli olub

Futbol
Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Futbol
Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"