Azərbaycan Güləş Federasiyası “Lokomotiv”in güləş bölməsini zəruri inventarla təmin edib

Azərbaycan Güləş Federasiyası “Lokomotiv”in güləş bölməsini zəruri inventarla təmin edib

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Bakının Biləcəri qəsəbəsində yerləşən “Lokomotiv” İdman Cəmiyyətinin güləş bölməsi zəruri inventarla təmin edilib və maddi-texniki dəstək verilib.

AGF-dən "Report"a verilən məlumata görə, qurum nümayəndələri zəngin güləş ənənələri olan bölmədə yaradılmış şəraitlə tanış olublar.

AGF İcraiyyə Komitəsinin üzvü, olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə U-20 millisinin böyük məşqçisi, müstəqillik tariximizin ilk dünya çempionu Arif Abdullayev, yunan-Roma güləşi üzrə U-20 yığmasının məşqçisi, olimpiya mükafatçısı Emin Əhmədov və AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov çıxış ediblər. Onlar “Lokomotiv”in güləş ənənələrini xatırladıb və federasiyanın dəstəyindən sonra yenidən bu məktəbdə nüfuzlu yarışların qalib və mükafatçılarının yetişəcəyinə inandıqlarını bildiriblər.

Hazırda məşqçilər Fuad Aydınlı, Amil Məmmədov, İbrahim Hadıyev və Həbib Nurulunun rəhbərliyi altında yunan-Roma və sərbəst güləş üzrə bütün yaş qrupları üzrə 150-dən artıq idmançı “Lokomotiv”in güləş bölməsində fəaliyyət göstərir.

Qeyd edək ki, bu məktəbin yetirmələri Zaur Əliyev, Tural Əhmədov, Əsmər Cankurtaran, Fatimə Bayramova, Xudayar Kərimov, Elşad Abbasov, Nihat Məhərrəmov və Gülnar Ağadadaşova nüfuzlu yarışların qalib və mükafatçısı olublar.

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

Fərdi
Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Fərdi
Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Fərdi
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Fərdi
Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Fərdi
"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Fərdi
Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Fərdi
Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ