Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

“Klubların marketinq siyasətində müəyyən dəyişiklik, inkişaf olmalıdır. Düzgün strategiya qurulsa, bilet, forma və müxtəlif atributların satışından müəyyən qədər gəlir əldə etmək olar”.

Bunu “QELEBE.AZ”a müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov ölkədə futbolun inkişafı ilə bağlı danışarkən deyib.

Nazir vurğulayıb ki, bunun üçün həm iş adamlarını, həm şirkətləri bu sahəyə cəlb etmək, klubların idarəçiliyində onların iştirakını təmin etmək lazımdır: “Son illər “Qarabağ” futbol klubunun uğurları göz önündədir. Siz özünüz də baxsanız, bütün tədbirlərdə ən yaxşı klub “Qarabağ”, ən yaxşı məşqçi Qurban Qurbanov seçilir. Xalq, media görür nəticələri, seçimlərini edirlər. Bu klub hətta avrokuboklarda oynayanda da görürsən ki, komandanın yarısından çoxu yerli futbolçulardır. Bu oyunçulardan milli komandada da səmərli faydalanmaq olar”.

Fərid Qayıbov digər klubların çıxışları haqqında da danışıb: “Neftçi” də bizim xalq tərəfindən sevilən, çoxlu azarkeş kütləsinə malik klublarımızdan biridir. Onlar bəzən avrokuboklarda yaxşı çıxış edirlər, bəzən zəif oynayırlar. Mən arzu edirəm ki, daha yaxşı çıxış etsinlər, elə bir səviyyəyə çatsınlar ki, biz bilək ki, hər il stabil şəkildə çıxış edəcəklər. Əsas heyətdə daha çox yerli futbolçuları görəcəyik.

Mən “Sabah” klubunu da vurğulamaq istəyirəm. Yaxşı nəticələr göstərirlər bu il. Ölkə çempionatında yeni rəqabət yaradıblar. Belə klublar nə qədər çox olsa, nə qədər inkişaf etsələr, hər klubda 2-3 yerli futbolçu daimi iştirak etsə, milli komandaya cəlb edilə bilsə, bunun ölkə futboluna çox xeyri dəyər”.

Gənclər və idman naziri qeyd edib ki, bu sahəyə pessimist baxmaq lazım deyil: “Hamımız birlikdə çalışsaq, uğurlu bir iş ortaya qoya bilərik. Həm klublar, həm federasiya cəhd etsə, nazirlik də harda mümkündürsə, orada müəyyən qədər dəstək verəcək”.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Fərdi
Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Fərdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Fərdi
Azərbaycanın daha bir stolüstü tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir stolüstü tennisçisi erməniyə qalib gəlib

Fərdi
Rəşad Rəsullu: "Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar"

Rəşad Rəsullu: "Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar"

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq