Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Noyabrın 14-də Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək.

Azərbaycan Taekvondo Federasiyasından “QELEBE.AZ”a verilən məlumata görə, 7 gün davam edəcək mundailda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Meksikada ölkəmizin idman şərəfini 8 taekvondoçu qoruyacaq.

Kişilərdən ibarət yığma baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (87 kq) şans verəcək.

Məşqçilər korpusu Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyəti ilə məsləhətləşdikdən sonra axırıncı aylarda toplanışlara qatılmayan və hazırda formasından uzaq olan Milad Beiqi Harçeqani (87 kq) ilə Radik İsayevin (+87 kq) heyətinə daxil edilməsinə ehtiyac görməyib.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov isə Qvadalaxarada Minayə Əkbərova (46 kq) və Patimat Abakarovanı (49 kq) sınayacaq. Fəridə Əzizova (67 kq) zədəli olduğundan heyətdən kənar qalıb.

Dünya çempionatında ədaləti qoruyacaq referilər sırasında beynəlxalq dərəcəli hakim Aygül Abdyllayeva da yer alacaq.

Komandaya ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev rəhbərlik edəcəklər. 2023-cü ildə dünya çempionatı Bakıda keçiriləcəyindən yığma Meksikaya geniş tərkiblə yollanacaq. Bu səfər Qvadalaxarada mindial başa çatdıqdan sonra yarışın keçici bayrağının Azərbaycana verilməsinə və bir sıra texniki məsələlərlə bağlı fikir mübadiləsi aparılmasına hesablanıb.

Qvadalaxaraya noyabrın 9-da yollanacaq komandamız Vətənə ayın 24-də qayıdacaq.

Qeyd edək ki, taekvondoçularımızdan noyabrın 15-də Süleymanov, ertəsi gün Ağayevlə Abakarova, ayın 17-də Qafarov, bir gün sonra Həmidreza dayanq üzərinə çıxacaqlar.

Noyabrın 19-da Dadaşov, yarışın sonuncu günündə isə Maqomedovla Əkbərova mübarizəyə başlayacaqlar.

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib

Fərdi
Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

Fərdi
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Fərdi
Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 5 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər