Bir qızıl, bir bürünc medal qazanmış Azərbaycan gimnastı: “Finala çıxacağımı gözləmirdim”

Bir qızıl, bir bürünc medal qazanmış Azərbaycan gimnastı: “Finala çıxacağımı gözləmirdim”

“Finala çıxacağımı gözləmirdim, amma sonrada valideynlərimin mənəvi dəstəyi ilə toparlandım və bürünc medal qazandım”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut və tamblinq üzrə dünya yaş qrupları yarışında uğurlu çıxış edərək ötən gecə vətənə dönən batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Maqsud Maqsudov deyib.

İdmançı bildirib ki, yarış gərgin keçsə də, öz çıxışından razı qalıb: “Bir yaş məndən böyüklərlə – 15-16 yaş qrupları ilə mübarizə aparırdım. Tək mübarizədə üçüncü yeri tutdum. Komanda yoldaşım Hüseyn Abbasovla birlikdə sinxron yarışda isə qızıl medal qazandıq. Çox çətin və gərgin mübarizə getdi”.

Hüseyn Abbasov və Maqsud Maqsudov
Hüseyn Abbasov və Maqsud Maqsudov

Sinxron yarışda Maqsud Maqsudovla birlikdə qızıl medal qazanmış Hüseyn Abbasov çıxışlarının uğurlu oldunuğunu qeyd edib: “Sinxron mübarizədə Maqsudla birlikdə qızıl medal qazandıq. Sevincliyəm. Növbəti hədəfimiz isə gələn il keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır”.

Hüseyn Abbasov
Hüseyn Abbasov

13-14 yaş qruplarında mübarizə aparmış Əli Niftəliyev də çıxışından razı qaldığını vurğulayıb: “Çətin, gərgin mübarizə idi. Finala çıxmaq da asan deyildi. Amma bacardıq və yekunda gümüş medal qazandıq. Razıyam öz çıxışımdan”.

Əli Niftəliyev
Əli Niftəliyev

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Vladimir Şulikin Vətənə medallarla döndükləri üçün şad olduqlarını bildirib: “Çətin, ağır bir turnir keçirdik. Amma indi bir az dincələcəyik. Qarşıda Şəkidə baş tutacaq Azərbaycan birinciliyi yarışları var. Fevralda isə dünya kuboku keçiriləcək. Ümid edirəm ki, növbəti ildə daha çox medalımız olacaq”.

Vladimir Şulikin
Vladimir Şulikin

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının məşqçisi Abdulla Qasımov idmançılara yaradılmış şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkür edib: “İlk dəfə dünya yaş qrupları yarışında 12 nəfərlə iştirak edirdik. Çıxışımız uğurlu alındı. Ölkəyə bir qızıl, bir gümüş və iki bürünc medalla qayıtdıq. Gimnastika Federasiyasının bütün rəhbərliyinə və sıravi işçilərinə, hər kəsə təşəkkür edirəm, bizə yaxşı şərait yaradıblar. Növbəti yarışlarda daha yaxşı nəticələr göstərəcəyik”.

Abdulla Qasımov
Abdulla Qasımov

Qeyd edək ki, sinxron mübarizədə 15-16 yaş qruplarında Maqsud Maqsudov və Hüseyn Abbasov cütlüyü qızıl, 11-12 yaş qruplarında Baxşalıyev Ammar və Mustafayev Fərhad cütlüyü bürünc medal qazanıblar.

Fərdi yarışlarda isə 15-16 yaş qruplarında Maqsud Maqsudov bürünc, 13-14 yaş qruplarında Əli Niftəliyev gümüş medal əldə edib.

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Fərdi
Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"