Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2022-ci ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb.

AGF-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reytinq sıralamasının birinci pilləsində 801 xalla dünya çempionatının bürünc, Avropa çempionatının üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası yer alıb.

İkinci pillədə 772 xalla bədii gimnastika üzrə IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova qərarlaşıb.

V İslam Həmrəyliyi Oyunlarının qızıl və bürünc medalçısı, kişi idman gimnastı İvan Tixonov 435 xalla üçüncü pillədədir. V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Nikita Simonov isə 368 xalla 4-cü yeri tutub.

İl ərzində bir sıra beynəlxalq turnirlərin mükafatçısı olmuş Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanova ibarət bədii gimnastika üzrə qrup komandasının üzvləri 365 xalla 5-ci pillədə yer alıb.

Dünya çempionatının gümüş mükafatçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli 297,5 xalla 6-cı olub.

Dünya çempionatının ikiqat bürünc mükafatçıları, akrobatika gimnastikası üzrə kişi cütlüyü Daniel Abbasov və Murad Rəfiyev 287 xalla 7-ci sıranı tutublar.

V İslam Həmrəyliyi Oyunlarının komanda hesabında qızıl medalçısı, bədii gimnast İlona Zeynalova 221 xalla 8-ci pillədə qərarlaşıb.

Batut gimnastikası üzrə təmsilçi, Avropa çempionu və dünya yaş qrupları yarışlarının bürünc mükafatçısı Maqsud Mahsudov 190 xalla 9-cu sırada yer alıb.

Bu il Avropa çempionatında 4-cü yeri tutmuş və bir sıra mötəbər yarışların iştirakçısı olmuş bədii gimnast Arzu Cəlilova reytinq cədvəlində 181 xalla 10-cu yerdə qərarlaşıb.

Fərdi
Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Fərdi
Azərbaycan təmsilçisi Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə üzv seçilib

Azərbaycan təmsilçisi Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə üzv seçilib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Fərdi
Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Fərdi
ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

Fərdi
Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub