Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının sentyabrın 10-da Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, 9 gün davam edəcək yarışda yığmanın 9 üzvü qüvvəsini sınayacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.

Olimpiya Güləş Mərkəzində idmançılarla görüş keçirilib. Federasiyanın İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov güləşçilərə məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb.

Qeyd edək ki, sentyabrın 9-da püşkatma mərasimi keçiriləcək. Növbəti gün Əzizli, Qənizadə və Süleymanov yarışa start verəcək. Sentyabrın 11-də Məmmədov, Cəfərov, Hüseynov və Niftullayev, ayın 12-də isə Məmmədov və Şəriəti mübarizəyə qoşulacaq.

Fərdi
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

Fərdi
BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Fərdi
Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub