“Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə

“Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə

“Aston Villa”nın hücumçusu Olli Uotkins karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, İngiltərə millisinin üzvü “Əl-Hilal”a transfer olunub.

Səudiyyə Ərəbistanı klubu 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.

“Əl-Hilal” bu keçid üçün “Aston Villa”ya təxminən 50-51 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, Uotkins 2020-ci ildə “Brentford”dan “Aston Villa”ya keçmişdi. İngiltərəli hücumçu Birmingem təmsilçisinin heyətində bütün turnirlərdə 278 oyuna çıxıb, 108 qol vurub. O, 91 qolla “Aston Villa”nın Premyer Liqa tarixində ən məhsuldar futbolçusudur.