Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı

Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı

Türkiyə Superliqasında 2026/2027 mövsümünün ilk baş məşqçi ayrılığı gerçəkləşib.

Apasport.az xəbər verir ki, “Qaziantep” Mirel Redoyla yollarını ayırıb.

45 yaşlı rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Redoy 2026-cı ilin aprelində “Qaziantep”in baş məşqçisi təyin edilmiş və onunla 1,5 illik müqavilə imzalanmışdı. O, komandanın sükanı arxasında ümumilikdə 7 matça çıxıb və yalnız 1 qələbə qazanıb.

Qeyd edək ki, “Qaziantep” Superliqanın ilk 3 turunda 4 xal toplayıb. Komanda son turda “Çaykur Rizespor”a 1:2 hesabı ilə məğlub olub.