İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” "sülh"ə razılaşıb

İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” "sülh"ə razılaşıb

İngiltərə Premyer Liqasının X turunda Londonun “Tottenhem” komandası Birminqem “Aston Villa”sını, “Mançester Yunayted” isə paytaxt “Çelsi”sini qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, baş hakim Kreyq Pousonun idarə etdiyi “Tottenhem” – “Aston Villa” matçı “Tottenhem Hotspur Stedium”da, Robert Consunun ədaləti qoruduğu “Mançester Yunayted” – “Çelsi” matçı isə “Old Trafford”da baş tutub.

Londonda reallaşan qarşılaşma ev sahiblərinin böyükhesablı qələbəsi ilə yadda qalıb. Hesabı 32-ci dəqiqədə “aslanlar” açıb: 22 yaşlı hücumçu Morqan Rocers italiyalı qapıçı Qulyelmo Vikarionu məyus edib. Birinci hissə qonaqların hesabdakı üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə isə “mahmızlar” fəal başlayıb: 49-cu dəqiqədə uelsli Brennan Conson kapitan Son Hın Minin ötürməsindən maksimum yararlanıb. 75-ci dəqiqədə Şimali London təmsilçisi tablodakı rəqəmləri xeyrinə dəyişib: Dominik Solanke isveçli yarımmüdafiəçi Deyan Kulusevskinin dəqiq ötürməsindən sonra topu tora göndərib. Cəmi dörd dəqiqə sonra Solanke dubla imza ataraq fərqi artırıb. Oyunda son nöqtəni isə əlavə edilmiş 6-cı dəqiqədə ingiltərəli Ceyms Medison cərimə zərbəsindən vurduğu baxımlı qolla qoyub – 4:1.

Mançesterdə keçirilən matç qarşılıqlı qollarla yadda qalıb. Birinci hissə qolsuz keçsə də, ikinci hissədə komandalar qapıya yol tapıblar. 70-ci dəqiqədə “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Brunu Fernandeş penaltidən fərqlənib. Lakin Rud van Nistelroyun yetirmələrinin sevinci dörd dəqiqə çəkib: Moyzes Kaysedo "status-kvo"nu bərpa edib. Növbəti dəqiqələrdə oyun qarşılıqlı hücumlarla davam etsə də, heç bir komanda hesabı dəyişməyə müvəffəq olmayıb – 1:1.

Qeyd edək ki, 10 oyundan sonra “Tottenhem” 16 xalla yeddinci pilləyə yüksəlib. “Aston Villa” isə 18 xalla altıncı pillədə qalıb. “Old Trafford”dan bir xalla dönən “Çelsi” “Arsenal”ı geridə qoyaraq ilk "dördlüy"ə daxil olub. “Zadəganlar”ın 18 xalı var. 10 oyuna cəmi 12 xal qazanan “Mançester Yunayted” isə “Vest Hem”i qabaqlayaraq 13-cü pilləyə yüksəlib.

Turnir cədvəlinin vahid lideri Arne Slotun rəhbərlik etdiyi “Liverpul”dur (25 xal). Onun ən yaxın təqibçisi Pep Qvardiolanın “Mançester Siti”sidir (23 xal).

Çempionatın bombardiri isə 11 qolla Erlinq Holanndır.

Futbol
Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Futbol
"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

Futbol
İki futbolçu Qazaxıstanla oyundan əvvəl Azərbaycan millisindən kənarlaşdırılıb

İki futbolçu Qazaxıstanla oyundan əvvəl Azərbaycan millisindən kənarlaşdırılıb

Futbol
UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

Futbol
İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Futbol
Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Futbol
"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

Futbol
"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb