"Turan Tovuz"un futbolçusu: "Mövsümün əvvəlində komandalar bizimlə oyunlara ciddi yanaşmırdılar"

"Turan Tovuz"un futbolçusu: "Mövsümün əvvəlində komandalar bizimlə oyunlara ciddi yanaşmırdılar"

Mövsümün əvvəlində komandalar bizimlə oyunlara çox da ciddi yanaşmırdılar.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Turan Tovuz” klubunun futbolçusu Ayxan Quseynov deyib.

Yarımmüdafiəçi komandasının son üç turda qələbə qazana bilməməsinin səbəblərindən danışıb:

"Mövsümün əvvəlində komandalar bizimlə oyunlara çox da ciddi yanaşmırdılar. Bir neçə qarşılaşmadan sonra hər kəs gücümüzü gördü və "Turan Tovuz"a qarşı daha diqqətli olmağa başladılar. Bəlli idi ki, nə vaxtsa heç-heçələr edib, məğlub olacağıq. Əslində səfərdə "Sabah"a qalib gələ bilərdik. Sadəcə, baş hakimin mübahisəli qərarına görə 3 xal qazana bilmədik. Son iki turda "Araz-Naxçıvan" və "Şamaxı" ilə görüşlər çətin keçdi. Hər iki komanda çox formadadır".

A.Quseynov qərb təmsilçisinin turnir cədvəlində yenidən üst pillələrə qayıdacağına inandığını söyləyib:

"İnşallah, qarşıdakı turlarda qazanacağımız qələbələr bizi turnir cədvəlində yuxarı pillələrə qaldıracaq. Onsuz da xal baxımından ilk 6 sırada yer alan komandalar bir-birinə yaxındır. Qarşımıza mövsümü 4-cü pillədə başa vurmaq məqsədi qoyulub. UEFA Konfrans Liqasına vəsiqə əldə etmək istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik. Minimum hədəfimiz 4-cü pillə olsa da, 2-3-cü sıraları da düşünürük. Niyə də olmasın? Mövsümə çox yaxşı başlamışdıq".

Qeyd edək ki, "Turan Tovuz" Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Şamaxı" ilə heç-heçə edib - 2:2. Kurban Berıyevin rəhbərlik etdiyi komanda IX turda doğma meydanda "Zirə"ni qəbul edəcək. Qərb təmsilçisi 15 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

Futbol
"Liverpul"da zədəli futbolçuların sayı 8-ə çatıb

"Liverpul"da zədəli futbolçuların sayı 8-ə çatıb

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Futbol
Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Futbol
Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Futbol
Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Futbol
Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Futbol
UEFA "Qarabağ"ın legionerinin vurduğu qolu fərqləndirib

UEFA "Qarabağ"ın legionerinin vurduğu qolu fərqləndirib

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib

Futbol
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

Futbol
Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”