"Qəbələ" rəsmisi: 700 min manatla eyni şəkildə davam etmək ağır olacaq

"Qəbələ" rəsmisi: 700 min manatla eyni şəkildə davam etmək ağır olacaq

Əvvəlki illərdəki xərclərə baxanda görürük ki, bu məbləğlə eyni şəkildə davam etmək ağır olacaq.

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin idman dirketoru Səbuhi Səfiyarlı AFFA-nın klubun infrastrukturu üçün ayırdığı 700 min manat yardımla bağlı fikirlərini bölüşərkən deyib.

Klub rəsmisi AFFA-nın ayırdığı məbləğin onlar üçün böyük dəstək olduğunu söyləyib: "Əvvəlki illərin təcrübəsindən bilirik ki, akademiya və infrastruktur üçün ən çox vəsait xərcləyən klub “Qəbələ”dir. Hətta dövlət tərəfindən ayrılan vəsaitin bu göstəricilər üçün ayrılan limitindən daha artığı məhz əsas komandaya yox, bu iki sahəyə sərf olunub. Ona görə də I Liqada çətinliklər olacağını başa düşürük. İndiki halda AFFA-nın ayırdığı məbləğ bizim üçün böyük dəstəkdir. Amma əvvəlki illərdəki xərclərə baxanda görürük ki, bu məbləğlə eyni şəkildə davam etmək ağır olacaq. Hazırda akademiya və meydanları mövcud vəziyətdə qorumaq üçün ya əlavə maliyyə mənbələri tapmalı, ya da xərclərimizi ayrılan vəsait çərçivəsinə uyğunlaşdırmalıyıq. Hələ ki klub rəhbərliyi illərdir Azərbaycan futbolunda böyük rol oynayan bu strukturu hansısa ixtisara getmədən qorumaq istiqamətində məsləhətləşmə və danışıqlar aparır. Uğurla nəticələnməyəcəyi təqdirdə, müəyyən ixtisarlar və itkilərlə razılaşmaq məcburiyyətində qalacağıq".

Qeyd edək ki, "Qəbələ" növbəti mövsümdən I Liqada mübarizə aparacaq. Bu səbəbdən AFFA İcraiyyə Komitəsinin son iclasında klubun infrastrukturunun saxlanılması üçün 700 min manat vəsaitin ayrılması ilə bağlı qərar qəbul edilib.

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

Futbol
“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

Futbol
İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

Futbol
"Araz-Naxçıvan"ın futzalçısı: "Sürprizə imkan verməməliyik"

"Araz-Naxçıvan"ın futzalçısı: "Sürprizə imkan verməməliyik"

Futbol
XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb