Azərbaycanın amputant komandası bu gün Türkiyə yığması ilə üz-üzə gələcək
Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün ikinci matçına çıxacaq.
"Report"un məlumatına görə, yığma Türkiyə kollektivi ilə üz-üzə gələcək.
C qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qardaş ölkə təmsilçisi ötən gün İsraili 6 cavabsız qolla üstələyib. Azərbaycan komandası isə İrlandiyaya yenilib - 0:1.

https://qelebe.az//uploads/photo/azerbaycanin-amputant-komandasi-bu-gun-turkiye-yigmasi-ile-uz-uze-gelecek.webp











